Vahid Ələkbərovun da adı "Epşteyn dosyesi"ndə... - FOTO

Vahid Ələkbərovun da adı "Epşteyn dosyesi"ndə... - FOTO
17:27

Qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn vaxtilə Rusiyanın aparıcı iş adamları, onların Davos və Sankt-Peterburq forumlarında iştirakı, məhkəmə iddiaları, Rusiyaya qarşı sanksiyalar, eləcə də VKontakte və Telegram-ın qurucusu Pavel Durov haqqında dosyelər alıb və araşdırıb.

Modern.az xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunmuş "Epşteyn faylları"nda bildirilib.

“Epşteynin sənədləri”ndə rusiyalı milyarderlərə istinadların böyük əksəriyyəti onların böyük forumlarda iştirakı ilə bağlıdır və ya onlar haqqında media nəşrlərinə istinad olunub.

Məsələn, sızdırılmış sənədlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunun (26-30 yanvar 2011-ci il, 23-27 yanvar 2013-cü il) və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (18-20 iyun 2015-ci il) iştirakçılarının siyahıları var. Bu siyahılarda Rusiyanın azərbaycanlı iş adamı Vahid Ələkbərovdan, eləcə də Aleksey Mordaşov, Leonid Mixelson, Vladimir Lisin, Gennadi Timçenko və Alişir Usmanov kimi milyarderlərdən bəhs olunur.


Vahid Ələkbərov

Qeyd edək ki, "Forbes" jurnalının 2025-ci ilə aid hesabatına görə, LUKOIL-ın həmtəsisçisi Vahid Ələkbərov (xalis sərvəti 28,7 milyard dollar qiymətləndirilir) Rusiyanın ən zəngin iş adamlarının "10-luq"unda ilk yeri tutur.

"Epşteyn dosyesi"ndə iş adamı Roman Abramoviç və keçmiş həyat yoldaşı Dariya Jukovadan onlarla dəfə bəhs olunur. Epşteynin elektron poçtlarında onun Abramoviç və həyat yoldaşı ilə görüşmək istədiyi göstərilir, çünki Abramoviç və Jukova 2016-cı ildə Epşteynin evinə baxıblar, ehtimal ki, onu 250 milyon dollara almaq niyyətində olublar. Lakin elektron poçtlara görə, Epşteyn onları rədd edib.

2008-ci ildə Ceffri Epşteyn fahişəliyə təhrik etməkdə günahını etiraf edib və məhkum edilib. 2019-cu ildə insan alveri və fahişəliyə görə yenidən həbs edilib və məhkəmədən əvvəl intihar edib.

Onun yetkinlik yaşına çatmayan qızları əhatə edən fahişəlik və cinsi istismar şəbəkəsinin arxasında duran şəxs olduğuna inanılırdı. ABŞ Ədliyyə Nazirliyi sistematik olaraq "Epşteyn faylları"nı - şahid ifadələri, ünvan kitabçaları, sertifikatlar, fakturalar, şahid müsahibələrinin transkriptləri, polis hesabatları və elektron poçtlar da daxil olmaqla minlərlə sənədi dərc edib.
Bu faylarda maliyyəçi Ceffri Epşteynin çoxsaylı məşhurlar, siyasətçilər və iş adamları da daxil olmaqla tanışlıq dairəsi haqqında məlumatlar var.

30 yanvarda ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı daha 3 milyon səhifə sənəd, eləcə də 2000-dən çox video və 180.000 fotoşəkil yayımlayıb. Bəzi materialları, o cümlədən qurbanların şəxsi məlumatlarını gizlətmək üçün redaktə ediblər.


Sizin reklam burada
Sizin reklam burada