Unikal əməliyyat: Ucuz dronla bahalı RLS-i vurdular (VİDEO)

Unikal əməliyyat: Ucuz dronla bahalı RLS-i vurdular (VİDEO)
12:00

Ukrayna Təhlükəsizlik Xidməti (SBU)yerüstü və hava dronlarından istifadə etməklə düşmənin RLS-i və Qara dənizdə qaz hasilat platformalarında yerləşən anbarlarını məhv edib.


Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, qurum Qara dəniz sularının rus işğalçılarından, onların hərbi texnikası və digər texnikalarından təmizlənməsi üzrə unikal xüsusi əməliyyatların hazırlanması və həyata keçirilməsini davam etdirir.


"Xüsusən, bu yaxınlarda SBU Hərbi Əks-Kəşfiyyat İdarəsinin 13-cü Baş İdarəsinin əməkdaşları dəniz və hava pilotsuz uçan aparatlarından istifadə etməklə birləşmiş xüsusi əməliyyat keçiriblər. Əməliyyatın hədəfi Ukraynanın qaz hasilat platformalarına yerləşdirilən Rusiya radar avadanlığı olub", - Xidmətdən bildirilib.

Belə ki, əvvəlcə qüllələrdən birinə havadan pilotsuz təyyarə vurulub, daha sonra isə dəniz pilotsuz aparatı ona hücum edib. Bu hücum nəticəsində düşmənin hava və yerüstü vəziyyəti izləmək üçün istifadə etdiyi "Neva" radarı, qüllədəki anbarlar və yaşayış bloku məhv edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada