Ukraynanın qələbəsi niyə mümkünsüz görünür?

Ukraynanın qələbəsi niyə mümkünsüz görünür?
11:10

Qərb və Ukrayna Rusiyaya qarşı münaqişədə çoxdan məğlubiyyətə uğrayıblar. Onlar Kiyevin şərtləri ilə münaqişəyə son qoya bilmirlər. Bu barədə 19FortyFive portalı məlumat yayıb.

Nəşr qeyd edib ki, Kiyevin qələbəsini mümkün hesab edənlərin mövqeyi belə bir iddiaya əsaslanır ki, Moskvaya müəyyən təzyiq göstərilsə, Rusiya hakimiyyəti Kiyevin şərtlərinə və prosesin sülh yolu ilə nizamlanmasına razı ola bilər. Söhbət 1991-ci il sərhədlərinə qayıtmaqdan və s. şərtlərdən gedir.

Lakin məqalə müəllifi qeyd edib ki, bu nöqteyi-nəzər reallıqdan uzaqdır.

Portal qeyd edir ki, Qərb Rusiyaya təzyiq edə bilməz və Kiyevə Ukrayna üçün hər hansı müsbət nəticəyə səbəb olacaq hərbi dəstək də göstərə bilməz.

Nəşr belə qənaətə gəlir ki, münaqişənin davam etməsi Qərbə və xüsusən də Ukraynaya yalnız böyük itkilər gətirəcək. 19FortyFive həmçinin qeyd edib ki, Rusiya bir neçə dəfə kompromis təşəbbüsləri təklif edib, lakin Ukrayna həmişə onları rədd edib.

Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada