Ukraynada ölüm doğumu üstələdi

Ukraynada ölüm doğumu üstələdi
17:55

Ötən il Ukraynada ölüm göstəricisi doğum göstəricisini 2,8 dəfə üstələyib. 

  News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Respublika Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında hesabatında deyilir. 

Sənəddə qeyd olunur ki, 2024-cü ildə Ukraynada 495,09 min ölüm halı qeydə alınıb, 176,69 min isə uşaq doğulub. 

2016-cı ildə ölkədə ölüm səviyyəsi doğum səviyyəsini 1,46 dəfə, 2019-cu ildə 1,87 dəfə, 2021-ci ildə 2,61 dəfə üstələmişdir.