Rusiya qazının Nezalejnaya ərazisindən tranzitinə son qoyulacağı təqdirdə, Bratislava Ukrayna tərəfinə elektrik enerjisinin verilməsini dayandırmalıdır.
Bu barədə "İzvestiya"ya Slovakiyanın Smer partiyasından olan deputatı, parlamentin beynəlxalq məsələlər komitəsinin rəhbəri Marian Keri məlumat verib.
"Vəziyyət çox çətindir. Çünki gələn il yanvarın 1-dən Ukrayna qaz və neftin tranzitini dayandıracaq", - Keri gileylənib.
Slovakiyalı siyasətçi qeyd edib ki, qaz tranziti dayandırılarsa, Bratislavanın buna cavab verməsini müdafiə edəcək.
O, həmçinin xatırladıb ki, Slovakiya tərəfi Kiyev rejiminə humanitar yardım və elektrik enerjisi ilə kömək edir. "O zaman biz də öz tərəfimizdən bu kimi məsələləri dayandırmalı olacağıq. Ukrayna üçün elektrik enerjisi Slovakiyadan keçir. Əgər onlar bizim Rusiyadan qaz və neft ala bilməməyimizi istəmirlərsə, mən ukraynalılara kömək etməyə davam edə biləcəyimizə inanmıram",- Marian Keri qeyd edib.
Xatırladaq ki, Ukraynanın Macarıstan və Slovakiya ilə siyasi-diplomatik problemləri yaşanır. Əgər Ukrayna Rusiya qazının tranzitinə son qoyarsa, bundan ən çox əziyyətçəkəcək ölkələrədn biri Slovakiya olacaq. Qeyd edək ki, dünən Rusiya lideri Vladimir Putinlə Slovakiyanın baş naziri Robert Fiço arasında görüş olub.
Tural