Türkiyənin Balıkesir vilayətinin Bigadiç ilçəsində meşə yanğını başlayıb.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, əraziyə yanğınsöndürmə və təcili tibbi yardım qrupu cəlb edilib.
Yanğının söndürülməsi üçün havadan və qurudan tədbirlər görülür.
Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil