Türkiyə Suriyaya hər il 2 milyard kubmetr təbii qaz verəcək.
News365.az xəbər verir ki, bunu Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.
Bayraktar Türkiyənin də qısamüddətli ehtiyacları üçün Suriyaya əlavə 1000 meqavat elektrik enerjisi təmin edəcəyini bildirib.
Qaz axınına iyun ayında başlanacağı gözlənilir.