Trampın tarifləri şirkətlərə baha başa gələ bilər

Trampın tarifləri şirkətlərə baha başa gələ bilər
02 İyl 2025 23:30

Trampın tarifləri ABŞ şirkətlərinə 82 milyard dollara başa gələ bilər. 

News365.az xəbər verir ki, bu tariflər şirkətlərə əlavə xərc olacaq. 

Məlumata görə, Donald Trampın planlaşdırdığı tarif siyasəti ABŞ-da özəl sektorda çalışanların üçdə birini əhatə edən şirkətlərə 82,3 milyard dollar xərc yaradacaq. Əsas zərbə Çin, Hindistan və Tailanddan asılı olan pərakəndə və topdansatış sektoruna dəyəcək. Şirkətlər zərərləri qiymət artımı və ixtisarlarla qarşılaya bilər.

Yeni tariflərin 9 iyulda tətbiq olunması gözlənilir.



Sizin reklam burada
Sizin reklam burada