Ukraynada döyüşlərə qatılan daha bir Rusiya məmuru öldürülüb.
Bu barədə 161.RU portalı məlumat yayıb. Söhbət Rostov vilayətinin Tsimlyanski rayonunun administrasiyasının rəhbəri olan Vladimir Svetliçnidən gedir.
Portala məlumat verən döyüşçünün yaxınlarının sözlərinə görə, 58 yaşlı Svetliçnının meyiti ilk olaraq sənədlərdən və döş nişanından tanınıb. Ancaq yaxınları meyitin ona məxsus olmayacağına ümid ediblər. Şəxsiyyətin müəyyənləşdirilməsinin ikinci mərhələsi bu ümidə son qoydu - məmurun ölümü DNT testi ilə təsdiqlənib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural