İsrail ordusunun Qəzzanın şimalında 41 günlük mühasirə və hücumlarında 2 min fələstinlinin həyatını itirdiyi, 6 min nəfərin isə yaralandığı açıqlanıb.
News365.az xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada İsrail ordusunun Qəzza zolağının şimal bölgəsi Cibaliya, Beyt Hanun və Beyt Lahiyanı 41 gündür davam edən mühasirəsi ilə bağlı məlumat verilib. İsrailin 41 gündür mühasirədə olduğu, qurudan və havadan hücumlar təşkil etdiyi Qəzzanın şimalında 2 min fələstinlinin həyatını itirdiyi, 6 min insanın yaralandığı, yüzlərlə insanın dağıntılar altında qaldığı bildirilib.
Açıqlamada Qəzzanın şimalında yaşayan 80 min fələstinlinin mühasirədə qaldığı, İsrailin bölgədə soyqırım və etnik təmizləmə həyata keçirdiyi qeyd edilib.