İrandan Ermənistana: Buna hazırıq!

İrandan Ermənistana: Buna hazırıq!
14 Noy 2024 19:57

İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır.


News365.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Arakçı erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.


Bildirilib ki, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.


Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib.


Youtube kanalımız

Oxşar xəbərlər