Tramp-Putin görüşünə kimlər qatılacaq? - 6 ildən sonra İLK DƏFƏ

Tramp-Putin görüşünə kimlər qatılacaq? - 6 ildən sonra İLK DƏFƏ
10:58

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin altı il fasilədən sonra bu gün Alyaskada üz-üzə görüşəcək. Yanvar ayında Ağ Evə qayıdan Tramp , seçki kampaniyası zamanı Rusiya–Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyinə söz vermiş, lakin hələ bu məqsədinə çatmamışdı. Zirvə görüşündə Ukrayna müharibəsi və ikitərəfli münasibətlər əsas mövzular olacaq.

News365.az xəbər verir ki, planlaşdırılan görüş, liderlərin yalnız tərcüməçiləri ilə baş-başa söhbəti ilə start götürəcək. Daha sonra heyətlərarası danışıqlara keçiləcək.

Rusiya nümayəndə heyətində Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Andrei Belousov, Maliyyə naziri Anton Siluanov, Rusiya Dövlət Sərvət Fondu rəhbəri Kirill Dmitriev və Prezidentin xarici siyasət üzrə müşaviri Yuri Uşakov yer alacaq.

Birgə Mətbuat Konfransı Gözlənilir

Tramp və Putin, 2018-ci ildə Helsinkidə olduğu kimi, görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. Zirvədə Ukrayna müharibəsi ilə yanaşı, iki ölkə arasındakı strateji münasibətlərin də müzakirə ediləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada