Tramp Nobel Sülh Mükafatına NAMİZƏD GÖSTƏRİLDİ

Tramp Nobel Sülh Mükafatına NAMİZƏD GÖSTƏRİLDİ
16:58

 İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini açıqlayıb.

Vaşinqtonda keçirilən görüşdə Tramp, HƏMAS-ın atəşkəsə açıq olduğunu irəli sürərək, “Onlar danışmaq və sülh istəyirlər” ifadəsini işlədib. Netanyahu isə ABŞ-la koordinasiyalı şəkildə apardıqları dolayı danışıqlara diqqət çəkib. Qəzzanın gələcəyi ilə bağlı verdiyi açıqlamada isə “Getmək istəyən getsin, qalmaq istəyən qalsın” deyə bildirib. O, İsrailin bölgədə təhlükəsizlik nəzarətini daim saxlayacağını vurğulayıb.

Ağ Evdəki axşam yeməyindən əvvəl Netanyahu, Trampa Nobel Sülh Mükafatına namizəd göstərildiyini bildirən məktub təqdim edib. “Siz sülhü qurursunuz” deyən Netanyahuya Tramp cavab olaraq “Bu sözləri sizdən eşitmək mənim üçün çox qiymətlidir” deyə cavab verib.

Tramp görüş zamanı həmçinin İranla yeni bir qarşıdurma istəmədiyini bildirib. O, son həftələrdə İranın mövqeyində nəzərəçarpacaq dəyişikliklər müşahidə etdiklərini söyləyib. Ukrayna müharibəsinə də toxunan Tramp, Rusiyadan razı olmadığını ifadə edərək Kiyevə yenidən silah yardımı ediləcəyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada