Tramp daha Rusiyanı sanksiyalarla hədələməyəcək - "The New York Times"

Tramp daha Rusiyanı sanksiyalarla hədələməyəcək - "The New York Times"
09:36

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanı sanksiyalarla hədələmək kimi əvvəlki taktikasından “uzaqlaşıb”. Bu fikirlər Amerikanın “The New York Times” qəzetində dərc olunan məqalədəndir.

“O (Tramp – red.) sülh şərtlərinin müharibə aparan ölkələr arasında birbaşa müzakirə ediləcəyini söylədi... Bu, cənab Trampın Rusiyaya təzyiqi artırmaqla bağlı son hədələrindən uzaqlaşma idi”, - nəşrin məqaləsində deyilir.

Qəzet xatırladıb ki, cəmi bir ay öncə, apreldə Tramp Rusiya Federasiyasına qarşı yeni bank sanksiyalarının mümkünlüyü məsələsini qaldırmışdı.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Mayın 20-də "Bloomberg" diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Ukrayna və bir sıra Avropa ölkələri Trampın Moskva ilə Kiyev arasında birbaşa danışıqlar planı ilə razı deyil. Qərb belə hesab edir ki, Amerika prezidenti münaqişəni həll etmək üçün “diplomatik səylərdən uzaqlaşır”.



Tural


Sizin reklam burada
Sizin reklam burada