Traktor aşıb, ölən və xəsarət alan var

Traktor aşıb, ölən və xəsarət alan var
25 May 2025 22:45

Mingəçevir şəhərində traktorun aşması ölümlə nəticələnib.

Mingəçevir şəhər ərazisində traktorun aşması nəticəsində Mingəçevir şəhər sakini 1993-cü il təvəllüdlü F.Mustafayev aldığı xəsarətdən hadisə yerində keçinib.

Xəsarət alan 1988-ci il təvəllüdlü N.Bəkirovdur. O, Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada