Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı

Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı
08 İyn 2025 20:45

2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.


News365.az Trend-ə istinadən xəbər verir ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.


Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.


Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton

Sex istehsalı armaturlar: 800-900 AZN/ton

Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.


Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:


1 m³ yaş taxta: 380-420 AZN

Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.


Dam örtükləri və diktlər

Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:


0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN

15-lik dikt: 28 AZN → 19 AZN

17-lik dikt: 34 AZN → 21 AZN

Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.


Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.


Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.


Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir

edən ən böyük amillərdəndir



Sizin reklam burada
Sizin reklam burada