Tərtərdə sakini ilansancmadan Bakıya xəstəxanaya göndərilib.
News365.az xəbər verir ki, rayonun Seydimli kənd sakini Rəşad Süleymanov həyətlərində təmizlik işləri görərkən ilan onu sağ əlindən sancıb.
R.Süleymanov Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağır olduğundan Bakı Toksikologiya Mərkəzinə göndərilib.