Tərbiyəçi bağçada uşağı belə boğdu - FOTO

Tərbiyəçi bağçada uşağı belə boğdu - FOTO
11:51

Rusiyada təhsil və digər müəssislələrdə kriminal hadisələr ilbəil artmaqdadır. Belə ki, Barnaulda uşaq bağçalarının birində tərbiyəçinin uşağı boğması sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub. Bu barədə ilk olaraq “V KURSE 22” məlumat yayıb.


Azyaşlının nənəsinin sözlərinə görə, hadisə iyulun 2-də şəhərdəki özəl uşaq bağçalarından birində baş verib. Təhlükəsizlik kamerasına düşən insidentə əsasən, müəllim uşağı salfetlə boğmağa çalışır. Bundan sonra uşaq öskürək və xırıltılı səslə nəfəsinin, səsinin kəsilməsindən şikayətlənməyə başlayıb. Uşağa yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.


“Rəhbərlikdən heç kim ana ilə əlaqə saxlamadı – özümüz zəng etməli olduq”, – zərərçəkənin nənəsi deyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada