Tayvan ABŞ-nin çip tələbinə “mümkün deyil” dedi

Tayvan ABŞ-nin çip tələbinə “mümkün deyil” dedi
18:30

Tayvan ABŞ-nin yarımkeçirici istehsalı ilə bağlı tələblərinə qarşı çıxıb.

News365.az xəbər verir ki, Baş nazirin müavini Çenq Li-çüen Vaşinqtonun Tayvanın çip istehsalının 40 faizinin ABŞ-yə köçürülməsi çağırışını qeyri-real adlandırıb.


Onun sözlərinə görə, Tayvanın formalaşmış yarımkeçirici ekosistemi təkcə zavodlardan ibarət deyil və onu başqa ölkəyə sadə şəkildə daşımaq mümkün deyil. 

Çenq bu sahənin ölkə iqtisadiyyatı və texnoloji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada