Tahir Kərimli seçkilərdə iştirak edəcək? - AÇIQLADI

Tahir Kərimli seçkilərdə iştirak edəcək? - AÇIQLADI
11 İyl 2024 16:08

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən isə hələ ki səs-soraq yoxdur. Tahir Kərimli namizədliyini irəli sürəcək?

Onun köməkçisi Aftandil Məmmədov News365.az-a bildirib ki, Tahir Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi hələ dəqiqləşməyib:

"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma şəxsən Tahir müəllimin seçkilərdə iştirakı hələ o qədər də gündəmdə deyil. Nəzərdə tutulmur. Lakin gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm" 


Sizin reklam burada
Sizin reklam burada