Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm
ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar
olub.
News365.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş
naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib
ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın
rolu həlledicidir. “Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı
qeyri-mümkün kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan
Prezidenti İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına
namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə Prezident Trampın
bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,- deyə Paşinyan əlavə edib.