Rusiyanın “Bud Zdarov” flaqman mərkəzinin yüksək kateqoriyalı həkimi və tanınmış ortoped-travmatoloqu Vitali Skakun "Gazeta"ya maraqlı açıqlamalar verib. O bildirib ki, skuter sürən insanlar arasında ən çox rast gəlinən zədə dirsəyi bilək və əllə birləşdirən sümüyün sınığıdır.
"Artıq bu istiqamətdə "mövsümü açmışam" və ən çox rast gəlinən bu zədə ilə mürəciət etmiş xəstəni qəbul etmişəm. Bunlar tipik yerdə məlum sümüyün, yəni radisu sınığı adlandırdığımız travmalardır. Bir qayda olaraq, insan skuterdən yıxılanda zərbəni yumşaltmaq üçün instinktiv olaraq əllərini qabağa atır. Nəticə isə bilək sınığı olur və ya bəzən travma o qədər ciddi olur ki, qola cərrahi əməliyatla müdaxilə tələb olunur",-həkim qeyd edib.
Müətəxəssisin fikrincə skuter travmalarında ikinci yerdə çiyin dislokasiyalarıdır.
"Skuter həmişə mükəmməl düz bir səthdə hərəkət etmir: bordürlər, çuxurlar, relslər kimi maneələrə var. Bütün bunlar onun bir tərəfə əyilməsi və qəfil aşmasına səbəb ola bilər. Çiyin mürəkkəb bir oynaqdır və əgər siz pis bir şəkildə yıxılsanız, o, normal vəziyyətindən "çıxa" bilər. Üçüncü qrup zədələr, diz və ayaq biləyi oynaqlarının bağlarının qançırları və burxulmalarıdır. Çox vaxt belə xəsarətlər kiçik görünür. Ancaq vaxtında həkimə müraciət etməsəniz, onun nəticələr sizi bir neçə ay narahat edə bilər. Travmatik beyin zədələri və sarsıntılar da bu mövzuda ayrıca nəzərdən keçirilir. Təəssüf ki, hər kəs skuterdə dəbilqə taxmır. Ancaq böyük səhv edirlər. Çünki hətta 20-30 santimetr yüksəklikdən asfalta yıxılmaq belə ciddi kəllə-beyin travması ilə nəticələnə bilər", - həkim hər kəsi xəbərdar edib.
Tural