Sənədsiz evlərin rəsmiləşdirilməsi üçün amnistiya gözlənilir

Sənədsiz evlərin rəsmiləşdirilməsi üçün amnistiya gözlənilir
13:54

Azərbaycanda illərdir müzakirə olunan sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsində mühüm irəliləyiş gözlənilir. Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, hökumət bu istiqamətdə konsepsiya üzərində işləri tamamlayır və amnistiya qərarı artıq gündəmdədir.

News365.az xəbər verir ki, deputat bildirib ki, amnistiya 2 mərhələdə həyata keçiriləcək və nəticədə təxminən 100 min qeydiyyatsız ev sənədləşdiriləcək:

“Bu, yüz minlərlə ailəyə evlərini rəsmi şəkildə dövlət qeydiyyatına almaq imkanı verəcək”, – deyə Bayramov vurğulayıb. Lakin prosesin uzanmasının səbəbləri də var. Qeydiyyata düşəcək evlərin bir hissəsi təhlükəli zonalarda yerləşir – neft boru kəmərlərinin, iri dəmir yolu xətlərinin və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında inşa edilən evlərin sənədləşdirilməsi xüsusi yanaşma tələb edir. Bəzi hallarda elektrik xətləri yeraltı kabel ilə əvəz edilə bilər. Ancaq neft kəmərlərinə yaxın tikililər üzrə daha sərt təhlükəsizlik tədbirləri görülməlidir.

Deputat hesab edir ki, hökumət daxilində aparılan müzakirələr və əldə olunan razılıqlar yaxın vaxtlarda sənədsiz evlərin rəsmiləşdirilməsi prosesinin başlanacağına işarədir.


Sizin reklam burada
Sizin reklam burada