Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 8-də saat 22:10-da üç nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar', - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sürücü və sərnişinlər Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçularıdır.