Sarkozinin 3-cü arvadının fotosu müzakirələrə səbəb oldu - FOTO

Sarkozinin 3-cü arvadının fotosu müzakirələrə səbəb oldu - FOTO
11:20

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni ictimaiyyət qarşısına yarıqlı libasda çıxıb. Onun fotoları Daily Mail saytında dərc olunub. Sarkozinin həyat yoldaşının yeni görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


57 yaşlı Karla Bruni 78-ci "Kan" Film Festivalı çərçivəsində baş tutan "Finikiya sxemi" filminin qala gecəsinə qatılıb. Supermodel qırmızı xalçaya tünd qırmızı məxməri donda çıxıb.

Karla Bruni 2007-ci ildə Nikola Sarkozi ilə diplomatik ziyafətdə tanış olub. 2008-ci il yanvarın 8-də siyasətçi mətbuat konfransında supermodellə münasibətdə olduğunu və onunla evlənməyi planlaşdırdığını təsdiqləyib. Onların toyu 2 fevral 2008-ci ildə Yelisey sarayında baş tutub. Bu, Nikola Sarkozinin üçüncü evliliyi olub. 19 oktyabr 2011-ci ildə supermodel və siyasətçinin Culiya adlı bir qızı dünyaya gəlib.

Tural


Sizin reklam burada
Sizin reklam burada