Sakit okeanda güclü seysmik aktivlik: Tonqa akvatoriyasında 7.6 ballıq zəlzələ oldu

Sakit okeanda güclü seysmik aktivlik: Tonqa akvatoriyasında 7.6 ballıq zəlzələ oldu
10:47

Sakit okeanda, Tonqa Krallığı akvatoriyasında 7.3 ballıq güclü zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 08:38-də qeydə alınan zəlzələnin episentri Tonqanın ikinci ən çox əhalisi olan Neiafu adasından təxminən 138 kilometr qərbdə olub.

Episentrdəki təkanların intensivliyinə əsasən zəlzələ "güclü" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti isə zəlzələnin gücünün 7.6 bal olduğunu açıqlayıb.

İtki və dağıntı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada