Şabranda yol qəzası: 1 nəfər öldü

Şabranda yol qəzası: 1 nəfər öldü
16:22

Şabranda ölümlə nəticələnən avtomobil qəzası olub.

News365.az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.

Qəza nəticəsində 1nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada