Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə News365.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan "Şəhər-4" daşıyıcı qaz kəmərində "Azəriqaz"ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar dekabrın 27-də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.