Ryazanda barıt zavodunda partlayış: 3 yaralı

Ryazanda barıt zavodunda partlayış: 3 yaralı
13:40

Rusiyanın Ryazan vilayətində barıt istehsalı ilə məşğul olan zavodda güclü yanğın və partlayış qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, bu gün saat 11:00 radələrində müəssisə ərazisində kəskin partlayış səsi eşidilib, daha sonra qalın tüstü sütunu göyə qalxıb.

İlkin məlumatlara əsasən, insident nəticəsində azı üç nəfər xəsarət alıb. Rəsmi qurumlar yanğının PUA hücumu ilə əlaqəli olmadığını bildirir. Regionda pilotsuz uçuş aparatları ilə bağlı heç bir həyəcan siqnalı verilməyib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada