"Ruslar Kirkorovdan sonra üstümüzə Aqazaryanı göndəriblər" -Erməni deputat

"Ruslar Kirkorovdan sonra üstümüzə Aqazaryanı göndəriblər" -Erməni deputat
12:41

Xəbər verdiyimiz kimi Ermənistanın Milli Assambleyasında növbəti dəfə dava düşüb. Yerli medianın yaydığı məlumata görə, insident parlamentin növbədənkənar sessiyasında “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” və “Energetika haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirə olunduğu iclasda baş evrib. Deputat Ovik Aqazaryan çıxışında bildirib ki, əslində bu addımlar (ENA-nın milliləşdirilməsi-red.) anti-Rusiya əhval-ruhiyyəsini daha da dərinləşdirmək cəhdidir. Bundan sonra parlamentdə hakim partiyadan olan deputat Arman Eqoyanla Ovik Aqazaryan arasında dava düşüb. 


Ara sakitləşəndən sonra hakim partiyanın təmsilçisi növbəti dəfə Oviki aşağılayaraq və onun Rusiyaya işləməsinə işarə vuraraq deyib: “Gördülər ki, Kirkorov, Sobçak və İqor Krutoyla heç nə alınmadı, indi də Aqazaryanı Ermənistana qarşı yalan məlumat yaymağa göndəriblər.

Ermənistan Konstitusiyasına görə bütün xalqı təmsil edən bir məmur Ermənistan Respublikasına böhtan atır və onu yalandan qaralayır. Bu, rüsvayçılıqdır. Bu, Ermənistan dövlətçiliyinə qarşı cinayətdir".

Eqoyan müxalifəti təmsil edən "Hayastan" və "Şərəfim Var" fraksiyalarına müraciət edərək deyib: "Yaxşı ki, heç olmasa siz belə şeylər danışmırsınız. Ən rəzil, alçaldıcı şeyləri Aqazaryan üçün saxlayıblar...".


Tural


Sizin reklam burada
Sizin reklam burada