Rusiyada təyyarə qəzadan son anda qurtuldu - VİDEO

Rusiyada təyyarə qəzadan son anda qurtuldu - VİDEO
02 İyl 2025 13:50

Rusiyada pilot təhlükəli anlar yaşayıb. Şahidlərin sözlərinə görə,  kiçik həcmli təyyarə Baykal gölünün Olxon adasına ilk eniş cəhdində uğursuz olub. Bununla bağı görüntüləri yerli Telegram kanalları yayıb. 


"Hadisənin Ulan-Udedən olan reys zamanı turistlər arasında məşhur olan Olxon adasında baş verməsi dəqiqləşib. Yayılan videoda yüngül mühərrikli An-2 eniş üçün torpaq uçuş zolağına yaxınlaşır. Bununla belə, sahədə bir neçə sıçrayışdan sonra pilot yenidən dövrə vurmağa qərar verir",- paylaşımda yazılıb.


Məlumatda bildirilir ki, təyyarə ikinci cəhddə təhlükəsiz yerə enib, sərnişinlərdən heç kim xəsarət almayıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada