Rusiyanın Çelyabinsk vilayətində 25 yaşlı kişi kilsə ziyarətçilərinə bıçaqla hücum edib.
O, 74 və 53 yaşlı iki qadını yaralayıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şübhəlinin saxlanıldığını bildirib.
O qeyd edib ki, hücumun motivləri məlum deyil. Kilsə ziyarətçiləri arasında münaqişənin baş vermə ehtimalları araşdırılır.
Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.