“Rusiya və İran artıq bu layihə ilə razılaşmaqdan başqa yol görmür” - Ceyhun Məmmədov

“Rusiya və İran artıq bu layihə ilə razılaşmaqdan başqa yol görmür” - Ceyhun Məmmədov
13:57

“Rusiya və İran artıq bu layihə ilə razılaşmaqdan başqa yol görmür” 

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, əgər vaxtında Rusiya, İran, Azərbaycan və Ermənistan tərəflərinin təklifləri qəbul olunsaydı və məsələyə soyuq başla yanaşılsaydı, bu sənədlər artıq ABŞ-da imzalanmazdı.

Deputat qeyd edib ki, region dövlətləri olaraq 3-lü və 6-lı formatlarda müxtəlif müzakirələr aparılıb:

“Artıq İranda da, Rusiyada da anlamalıdırlar ki, bu prosesə mane ola bilməyəcəklər. 2020-ci ildən bəri dəfələrlə bu layihəyə mane olmaq cəhdlərini gördük, amma buna nail ola bilmədilər və bundan sonra da ola bilməyəcəklər. Onların bu layihə ilə razılaşmaqdan başqa yolları yoxdur.”

Ceyhun Məmmədov bildirib ki, Rusiya əvvəllər dəfələrlə bu dəhlizə nəzarətin özündə olmalı olduğunu israrla bildirirdi:

“Son günlər İran və Rusiya arasında müəyyən məsləhətləşmələr var. Görünür ki, artıq onlar da anlayırlar ki, reallıq dəyişib. Təəssüf ki, son günlər İran tərəfindən bir neçə sərt və tələskən bəyanat səsləndirildi.”


Sizin reklam burada
Sizin reklam burada