Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın həbs təhlükəsi altında olduğu deyilir.
Hakimiyyət isə ölkədə çevriliş planlarının ifşa olunduğunu bəyan edir. Artıq Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb. Baqrat artıq 2 aylıq həbs olunub.
Maraqlıdır ki, inqilab arzusunda olan keşişin həbsə atılması Rusiya mediasında da geniş şəkildə işıqlandırılır.
“Müqəddəs Mübarizə” hərəkatı yaradan Baqrat Srbazanın cəmiyyətdən təcrid olunması siyasi təzyiq kimi qiymətləndirilir. RİA Novosti, Kommersant, TASS, RT, Life və digər Rusiya KİV-ləri yazır ki, Srbazan Ermənistanın baş naziri Nikol Paşinyanın əsas siyasi rəqibidir.
Tural