Rusiya son onilliklərin ən dərin əmək bazarı böhranı ilə qarşı-qarşıyadır.
News365.az xəbər verir ki, hakimiyyət orqanları işçi çatışmazlığını aradan qaldırmaq üçün miqrasiya siyasətini genişləndirərək Mərkəzi Asiya ölkələri ilə yanaşı, Cənubi və Şərqi Asiyaya da yönəlib.
Rəsmi Moskvanın açıqlamasına görə, ölkənin 2030-cu ilə qədər təxminən 11 milyon əlavə işçiyə ehtiyacı var. Bu məqsədlə miqrasiya prosedurları sadələşdirilib. Xüsusilə Hindistandan gələn əmək miqrantlarının sayı kəskin artıb: ötən il hindistanlılara verilən iş icazələrinin sayı 56 minə çatıb. Bu göstərici 2021-ci ildə cəmi 5 min civarında idi.
Mütəxəssislər hesab edirlər ki, demoqrafik azalma və müharibənin əmək bazarına təsiri Rusiyanı yeni işçi mənbələri axtarmağa məcbur edir.