Rubio Ukrayna münaqişəsinin həllinin yeganə yolunu açıqlayıb

Rubio Ukrayna münaqişəsinin həllinin yeganə yolunu açıqlayıb
11:20

Rusiya ilə Ukrayna arasındakı münaqişə hərbi yolla həll edilə bilməz. Xarici KİV-in yaydığı məlumata görə, bunu ABŞ dövlət katibi Marko Rubio Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.


"Rusiya və Ukrayna arasında münaqişənin hərbi yolla həlli yoxdur. Bu müharibə hərbi yox, diplomatik yolla bitəcək", - diplomat bildirib.


Rubio həmçinin qeyd edib ki, ABŞ Ukraynadakı münaqişənin həllində irəliləyiş görmək istəyir və ona son qoymaq üçün nə lazımdırsa, kömək etməyə hazırdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada