Ronaldo Trampa imzalı forma göndərdi: “Sülh üçün oynayırıq”

Ronaldo Trampa imzalı forma göndərdi: “Sülh üçün oynayırıq”
17 İyn 2025 16:58

"Qızıl top" mükafatının beşqat qalibi Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampa Portuqaliya millisinin imzalanmış formasını göndərib.   

News365.az xəbər verir ki, hədiyyəni Kanadada keçirilən G7 sammiti zamanı Avropa Şurasının sədri Antoniu Koşta təqdim edib. O, bu anın fotolarını X sosial şəbəkədə hesabında paylaşıb. 

Ronaldo formaya imza atmaqla yanaşı bir mesaj da yazıb: "Prezident Trampa. Sülh üçün oynayırıq".


Sizin reklam burada
Sizin reklam burada