“Su şəbəkəsi ilə bağlı növbəti hədəf bütün kommunal xidmətlərin vahid sistem üzərindən müraciət olunması imkanlarının yaradılmasıdır”.
News365.az xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.
Onun sözlərinə görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə xüsusi alt qrup yaradılıb:
“Bu altqrupun əsas mandatı kommunal xidmət təchizatların ümumi modifikasiya olunan xidmət formasında müracətin sistem üzərində aparılması istiqamətində işlər aparılır”.