Xəbər verdiyimiz kimi dünən Respublika Klinik Xəstəxanasından şikayət daxil olmuşdu.
Hadisə ilə bağlı TƏBİB-dən News365.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Əgər qeyd oldunduğu kimi vətəndaş xəstəxanaya təcili şəkildə daxil olarsa Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etməlidir.
Sözügedən şöbəyə müraciət olunduğu zaman xəstənin vəziyyəti dəyərləndirilir, lazım olan bütün tibbi müayinələr, o cümlədən USM müayinəsi də şöbədə növbəsiz şəkildə 7/24 icra olunur.
Görüntüdən məlum olur ki, vətəndaş təcili yox, planlı ambulator müayinə üçün müraciət edib. Planlı müayinələr zamanı həkimlərin müayinə qəbulu növbəlilik sisteminə əsasən aparılır.
Hər bir həkim gün ərzində qeydiyyata alınmış vətəndaşı yalnız poliklinik xidmət saatının sonuna qədər müayinə edir.
Saat 13:00-dək növbə götürərək qeydiyyata alınan vətəndaşlar poliklinik xidmət saatının sonunadək, yəni 15:00-dək ancaq müayinə olunaraq yekunlaşır.
Bu səbəbdən vətəndaşın vaxt itkisinin olmamasını düşünərək qeyd olunan saatdan sonra qeydiyyat aparılan zaman vətəndaşlara növbənin çox olduğu, gün ərzində müayinəyə düşə bilməyəcəyi, növbəlilik sisteminə uyğun olaraq növbəti günə qalacağı barədə məlumat verilir.
Videogörüntüdə də göründüyü kimi xəstəxananın qeydiyyat əməkdaşı bu haqda vətəndaşa məlumat verib." -deyə açıqlamada qeyd olunub.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayət var.