Raket hücumu: Polşa qırıcıları havaya qaldırıldı

Raket hücumu: Polşa qırıcıları havaya qaldırıldı
10:45

Rusiyanın Ukraynanı kütləvi raket və PUA atəşinə tutması səbəbindən Polşa qırıcıları havaya qaldırılıb.

News365.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

“Qırıcı təyyarələr hərəkətə keçib, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, - məlumatda deyilib.

Qeyd olunub ki, görülən tədbirlər profilaktik xarakter daşıyır və həssas bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.


Sizin reklam burada
Sizin reklam burada