Qasırğa 29 nəfərin həyatına son qoydu

Qasırğa 29 nəfərin həyatına son qoydu
13:43

ABŞ-nin Kentukki və Missuri ştatlarında baş vermiş güclü fırtına və qasırğa nəticəsində həyatını itirənlərin sayı 29 nəfərə yüksəlib.   

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Hava Xidməti (NWS) məlumat yayıb. 

Qurumun açıqlamasında bildirilib ki, ölkənin müxtəlif bölgələrində təhlükəli hava şəraiti müşahidə olunur və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.   

Rəsmilər ölkənin cənubunda isə ekstremal istilərin təsirli olacağını qeyd ediblər.

Xüsusilə Kentukki və Missuri ştatlarında qeydə alınan qasırğalar insan tələfatına səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada