Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Dünən səhər isə xeyli sayda maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olaraq onu həbs etməyə çalışdı. Dindarlar və yerli əhali ilə toqquşmalardan sonra maskalılar ərazini tərk edib.
Bu gün isə Açapaxyan haqqında iki ay müddətə həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, onun başqaları ilə ünsiyyəti məhdudlaşdırılıb və yalnız yaxınları ilə əlaqə saxlamağa icazə verilib. Lakin onlar məhkəmə qərarının “qanunsuz” olduğunu deyərək apellyasiya şikayəti verəcəklərini söyləyiblər.
Xatırladaq ki, M. Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.
"Joğovurd" qəzeti ölkədə din xadimlərinəm qarşı repressiyalarla bağlı diqqət çəkən məlumat yayıb.
"Qəzetimiz bundan öncə də yazmışdı ki, Nikol Paşinyan kilsəyə qarşı kampaniyanı dayandırmayacaq. O, kilsəyə qarşı kampaniyanı sonadək davam etdirəcək. Hakim "Vətəndaş Müqaviləsi" Partiyasındakı mənbələrdən öyrəndik ki, arxiyepiskop Mikael Acapaxyanın həbsi sonuncu addım olmayacaq. Bu tədbirlər yaxın gələcəkdə daha geniş miqyasda davam edəcək. Bizdə olan məlumata görə, Nikol Paşinyan nəyin bahasına olursa olsun, II Qaregini Ali Patriarxlıqdan uzaqlaşdırmağa çalışacaq və o, dayanmamaq qərarına gəlib",- nəşr yazıb.
Müəllif qeyd edib ki, ini Qareginin iki yolu qalıb. O, ya hazırki postundan istefa verib getməlidir, ya da həbsə düşməlidir.
“Joğovurd” qəzetinin mənbələri qeyd edir ki, Acapaxyanın təcrid olunması artıq hakimiyyətin güclü qələbəsinə çevrilib və Paşinyan öz komandasına ali dini rəhbər Qareginin də vəzifədən uzaqlaşdırılması planının artıq yekunlaşmaq üzrə olduğunu bildirib:
"Əvvəlcə Qareginin yaxın çevrəsindən olan ruhaniləri həbs edəcəklər. Hədəf dini liderlər, Arşak və Quqarat yeparxiyasının rəhbərləridir. Onlar da zərərsizləşdiriləndən sonra Paşinyanın ssenarisinə görə, Qaregin könüllü olaraq gedəcək. Əks halda, katolikos da həbsxanaya düşəcək".
Tural