ABŞ-də sosial şəbəkələrdə geniş narazılıq yaradan hadisə baş verib. FOX10 News xəbər verir ki, bir anbar işçisi qadın iş yoldaşlarını izləmək üçün ayaqyoluna kamera quraşdırıb.
Polisin məlumatına görə, Hangout Hospitality Group-un anbarında işləyən Alabama ştatından olan Brendan Smit bu ilin aprelində qadın tualetinə GoPro cihazı quraşdırıbmış.
Onun bu planı uzun çəkməyib, bir müddət sonra zərərçəkənlərdən biri kameranı görüb və ayaqyolunda çəkilən kadrları izləyə bilib. Özünün və həmkarının videosunu görən qadın prosesi telefonuna çəkərək rəhbərliyə göstərib. Şirkət günahkarın artıq işdən çıxarıldığını bildirib.
KİV yazır ki, həmin şəxs hazırda həbsdədir və ona qarşı voyeurizm(Başqa insanların şəxsi həyatını, gizli və ya icazəsiz şəkildə izləməkdən zövq alma davranışı-red.) ittihamı irəli sürülüb. Onun bu qalmaqallı insidentdə iştirakı təsdiq edilib.
Tural