Türkiyə bürokratı,
Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və
prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri İbrahim
Qalının illər əvvəl verdiyi reportaj yenidən gündəm olub.
Aparıcının “Atanız nə işə baxır?” sualına o belə cavab
verib:
“Atam malları istehsalçılardan alıb İstanbul, Ankara
kimi böyük şəhərlərə göndərir, tərəvəz-meyvə biznesi ilə məşğul olurdu. Atamın
anbarında çox işlədiyim vaxtlar olub. Çoxlu xiyar-pomidor daşımışam, yeşiklərə
yerləşdirmişəm.”
Aparıcı A.Çağlayanın “Oxuma sevginiz valideynlərinizlə
əlaqəlidir?” sualına verdiyi cavab isə olduqca maraqlıdır:
“Əslində xeyr, məndə belə olmayıb. Anam da, atam da
ibtidai məktəb məzunu idilər. Heç vaxt insanların çox kitab oxuduğu ailə
mühitində olmamışam. Bəlkə də onun yoxluğu məni çox erkən yaşlarımda o sahəyə
itələdi. Bilik sahibi olmaq, bilikli olmaq, nəyisə öyrənmək. Onun mənə verdiyi
intellektual həzzi çox gənc yaşlarımda hiss etdim. Gənc yaşda dedim, əslində
uşaq olanda, bəlkə də bu Allahın neməti, hikməti idi.”