Prezident İlham Əliyev Münhendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Prezident İlham Əliyev Münhendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
17:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

News365.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.

Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

Prezident İlham Əliyev Münhendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb


Sizin reklam burada
Sizin reklam burada