ABŞ Polşanı regionda əsas müttəfiqinə çevirməklə Şərqi Avropanın enerji sektorunda öz mövqelərini möhkəmləndirməyə çalışır. Bu barədə “National Interest” məlumat yayıb. Nəşrin yazdığı kimi, Varşava Vaşinqton tərəfindən sürətlə inkişaf edən iqtisadiyyatı və strateji mövqeyi ilə ABŞ sıxılmış maye qazı və nüvə texnologiyalarının inkişafı üçün “lövbər” kimi görünür.
Müəlliflər qeyd edirlər ki, Polşa enerjiyə artan tələbatla Avropanın ən dinamik iqtisadiyyatı sayılır: “Onun bizim qaz və nüvə layihələrimizə marağı artıb ki, bu da ABŞ-nin Rusiyanın enerji təsirini zəiflətmək məqsədləri ilə üst-üstə düşür”.
Xatırladaq ki, mayın 16-da Polşanın baş naziri Donald Tusk diqqət çəkən açıqlamalar vermişdi. O, Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları şərh edərkən, “bizi çox çətin günlər gözləyir” deyib. Polşa baş nazirinin sözlərinə görə, Türkiyədə keçirilən görüşdə Rusiya xoşməramlılıq nümayiş etdirməyib. Tusk qeyd edib ki, Rusiya nümayəndə heyəti ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar aparmaq istəməyib və Ukrayna ilə onun müttəfiqləri üçün qəbuledilməz şərtlər irəli sürüb.
Tural