2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
News365.az tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəis müavinləri və polis idarəsinin şəxsi heyəti iştirak edib.
Qaradağ RİH başçısı Süleyman Mikayılov peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib.
S.Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 107 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb.
Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.
Bu gün Prezident İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, polis əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.
Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları RİH başçısı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.