Hindistanda növbəti dəfə pələng hücumları ilə bağlı faciə yaşanıb. Bu barədə “The Times of India” məlumat yayıb.
Qeyd edilib ki, ölkənin bir bölgəsində səkkiz gün ərzində səkkiz nəfər pələng təcavüzündən əziyyət çəkib. Onların heç biri sağ qala bilməyib.
"Bütün hadisələr Maharaştra ştatının Çandrapur rayonunda baş verib. Qurbanlar arasında Bhandkrna kəndindən olan 70 yaşlı Rişi Pendor kimi yaşlı insanlar da olub. Səlahiyyətlilərin fikrincə, kişi ruhi xəstəlikdən əziyyət çəkirmiş. Hadisə baş verən gün o, naməlum səbəbdən meşəyə girib və orada pələngin hücumuna məruz qalıb. Yaşlı kişini xilas etmək mümkün olmayıb", -məqalədə yazılıb.
Digər insident Vadhona kəndində 63 yaşlı Maroti Şendenin qara xurma yarpaqlarını toplamağa gedən zaman baş verib. Hadisə yerinə gələn həkimlər onu xəstəxanaya çatdırsalar da, yaşlı kişini xilas edə bilməyiblər.
Nəşr hər iki hadisədən sonra ailələrə 50.000 rupi məbləğində kompensasiya ödənildiyini yazıb.
Pələnglərin səkkiz qurbanından altısı qadındır. Ötən il eyni regionda ümumilikdə 29 pələng hücumu hadisəsi qeydə alınıbmış.
Yerli səlahiyyətlilərdən biri pələnglərin hücumlarına görə meşələrin yaxınlığında yarpaqların yığılması prosesinin təhlükəli hal aldığını bəyan edib. O, yerli sakinləri qrup halında işləməyə və axşam saat 5-ə qədər evə getməyə çağırıb.
Tural