Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın uzunmüddətli həbs təhlükəsi altında olduğu deyilir.
Hakimiyyət isə ölkədə çevriliş planlarının ifşa olunduğunu bəyan edir. Artıq Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb. Baqrat artıq 2 aylıq həbs olunub.
Ermənistanın radikal Milli Cəbhə hərəkatı özünün Telegram səhifəsində paylaşım edərək yazıb ki, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Srbazan Milli Təhlükəsizlik Xidmətinin(MTX) nəzdində olan İrəvan-Kentron islah-əmək müəssisəsinə köçürülüb.
Bura ən ağır islah-əmək müəssisələrindən biri sayılır.
Tural