Paşinyan diakon Hrayrı da həbsə atdı

Paşinyan diakon Hrayrı da həbsə atdı
12:12

Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın həbs təhlükəsi altında olduğu deyilir. 


Hakimiyyət isə ölkədə çevriliş planlarının ifşa olunduğunu bəyan edir. Artıq Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.


Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb. Baqrat artıq 2 aylıq həbs olunub.

Ermənistanın radikal Milli Cəbhə hərəkatı özünün Telegram səhifəsində paylaşım edərək yazıb ki, din xadimlərinə qarşı repressiyalar aparılır: "Diakon(kiçik keşiş-red.) Hrayr da iki aylıq həbs cəzası aldı. Məhkəmənin qərarı bu gün səhər saatlarında dərc olunub".

Tural


Sizin reklam burada
Sizin reklam burada